ŞOK! Azərbaycana gətirilən 400 avtomobil Poti limanında saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

ŞOK! Azərbaycana gətirilən 400 avtomobil Poti limanında saxlanıldı

Avto

22 Oktyabr 2026 11:28 771


Amerika Birləşmiş Ştatlarından Azərbaycana avtomobil idxalı ilə məşğul olan logistika və diler şirkətlərinin qanunsuz əməlləri nəticəsində yüzlərlə vətəndaş və sahibkar böyük maliyyə itkisi ilə üz-üzə qalıb.

Zərərçəkənlərin “Yeni Sabah”a  müraciətinə əsasən, ABŞ-dən gətirilən təqribən 400-ə yaxın nəqliyyat vasitəsi artıq 2 aydır ki, Gürcüstanın Poti limanında saxlanılır və ölkəyə keçirilməsinə icazə verilmir.

Məlumata görə, yaranmış böhranla bağlı zərərçəkən 70-dən çox fərdi şəxs və diler problemi həll etməyə çalışırlar. pizza sifarişi

Zərərçəkənlərin sözlərinə görə, əsas problem avtomobilləri daşıyan "Azad Logistika" şirkətinin Amerikadakı tərəfdaş tərəfə olan təxminən 750 min dollar borcundan qaynaqlanır. Xarici şirkət ödənişi ala bilmədiyi üçün avtomobillərin Azərbaycana təhvil verilməsinə qadağa qoyub.

Yaranmış kütləvi narazılıq fonunda zərərçəkənlərin əlaqə saxlamaq istədiyi diler və logistika rəhbərləri məsuliyyətdən yayınırlar.

Problemi birbaşa həll etməli olan və sifariş olunan avtomobillərin müştərilərə təhvil verilməsinə cavabdeh olan "Dost Auto" şirkətinin rəhbəri, Bərdə rayonunun Alaçadırlı kənd qeydiyyatında olan 2001-ci il təvəllüdlü Ayxan Rüfət oğlu Şahbazovun zənglərə cavab vermir.

Əsas daşıyıcı firma "Azad Logistika" şirkətinin təsisçisi və rəhbəri, Sabunçu rayonu Zabrat 2 qəsəbəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Ramil Qəmbər oğlu Tağızadə və şirkətin digər həmtəsisçisi 1990-cı il təvəllüdlü Ülviyyə Azər qızı Tağızadədir. Zərərçəkənlər hər iki şirkət rəhbərliyinin öhdəlikləri yerinə yetirmədiyini vurğulayırlar. Şikayətçilər Ramil Tağızadənin oktyabrın 12-də ölkəni tərk edərək, Türkiyəyə getdiyini bildirib.

Gürcüstandakı mövcud qanunvericiliyə və liman qaydalarına əsasən, saxlanılan avtomobillər üç aydan artıq müddətdə ərazidən çıxarılmadıqda liman rəhbərliyi tərəfindən müsadirə olunaraq hərrac vasitəsilə satışa çıxarılır. Bu isə avtomobil sahibləri üçün əmlaklarını tamamilə itirmək təhlükəsi yaradır.

Hazırda Gürcüstanda qalan nəqliyyat vasitələrini götürmək istəyən vətəndaşlardan əlavə olaraq 1400 dollar pul tələb olunur. Lakin zərərçəkənlər bu ödənişi etməyi indiki mərhələdə riskli hesab edir.

Qeyd edək ki, zərərçəkən fiziki və hüquqi vətəndaşların heç biri hələlik hüquq-mühafizə orqanlarına müraciət etməyib.

İttiham edilən tərəflərin mövqeyini eşitməyə və işıqlandırmağa hazırıq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!