BDU-da oxuyacaqdı, faciəvi şəkildə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

BDU-da oxuyacaqdı, faciəvi şəkildə həlak oldu

Hadisə

04 Sentyabr 2025 09:52 1047


Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

“Yeni Sabah” Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 17 yaşlı Quluzadə İqbal İlqar oğlu kanalda çimərkən boğularaq ölüb.

Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bildirilir ki, İqbal bu il məzun olubmuş. O, 476 balla BDU-nun Filologiya fakültəsinə qəbul olunubmuş. Elə dünən bu münasibətlə ailəsi tərəfindən qonaqlıq təşkil edilib. Bədbəxt hadisə isə bundan sonra baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!