BDU-da rəhbər heyətlə bağlı yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

BDU-da rəhbər heyətlə bağlı yeni qərar

Sosial

24 Noyabr 2026 10:35 56


Bakı Dövlət Universitetinin (BDU) 9 fakültəsində dekan vəzifəsini tutmaq istəyənlər üçün müsabiqə elan olunub.

“Yeni Sabah” xəbər verir ki, müsabiqə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, eləcə də Jurnalistika fakültələrini əhatə edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri 2026-cı il noyabrın 24-dən etibarən bir ay müddətində qəbul ediləcək. İnternetdən sifariş

Sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq təqdim edilməlidir.

Sənədlərin qəbulu üçün ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!