Qadınların tolerant cəmiyyətin formalaşmasındakı roluna dair konfrans keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Qadınların tolerant cəmiyyətin formalaşmasındakı roluna dair konfrans keçirilir

Sosial

24 Noyabr 2026 10:12 48


Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilir.

"Yeni Sabah" xəbər verir ki, konfransda İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatları, dini konfessiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbirdə qadınların ictimai-siyasi, sosial və mədəni həyatda fəal iştirakının təmin edilməsi, hüquqlarının müdafiəsi və ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti müzakirə olunur. Elektronika məhsulları


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!