BDU-nun tələbəsi vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun tələbəsi vəfat etdi 

Sosial

19 Aprel 2024 09:44 462


Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib. 

Bu barədə Yenisabah.az-a BDU-nun mətbuat xidmətindən bildirilib. 

2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.  pizza sifarişi

Allah rəhmət eləsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!