Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dünya Səhiyyə Təşkilatı (DST) ilə birlikdə Sudana ilkin ehtiyaclar, dərmanlar və tibbi avadanlıqlardan ibarət 30 ton humanitar yardım göndərib.
Yenisabah.az WAM-a istinadla xəbər verir ki, 444 min dollar dəyərində humanitar yardımla dolu olan təyyarə BƏƏ-dən havaya qalxıb.
Bu, ordu ilə silahlı dəstələr arasında münaqişə başlayandan bəri DST-nin Sudana çatdırdığı ilk humanitar yardımdır. pizza sifarişi
Xatırladaq ki, aprelin 15-dən bəridir ki, Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən silahlı qarşıdurmada 500-dən çox adam ölüb.
Telegram kanalımız