“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat
06 İyn 2020 15:06
1245

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

"Azərbaycan virusun ən təhlükəli dönəmindən üzüağ çıxmasına baxmayaraq, bu gün çox böyük təhlükə ilə üz-üzədir".

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov AzTV-nin "Çıxışa Doğru" verlişində qonaq olarkən deyib. Deputat hökumətin son 10 gündə yoluxma sayının kəskin artmasına görə məcbur olub sərt karantin rejiminə keçməsini qeyd edib:

"Son günlər yoluxma sayının artması hökuməti sərt tədbirlər görməyə məcbur etdi. Bu hal belə davam edərsə, təkcə şənbə və bazar günləri deyil, digər günlərdə də sərt tədbirlər tətbiq ediləcək".

Daha ətraflı videonu təqdim edirik: 

Oxşar xəbərlər