Belə icra başçısı olar? Bu nə geyimdir? - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Belə icra başçısı olar? Bu nə geyimdir? - FOTOLAR

Sosial

16 İyul 2026 19:45 1593


Balakən rayonunun icra başçısı Natiq Ağayevin seldən zərər görmüş əraziləri “işçi geyim”də gəzməsi sosial şəbəkələrdə təqdir edilib.

“Yeni Sabah” Axar.az-a istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hətta zarafatla “Belə də icra başçısı olar?” deyə, başçının “qalstuksuz görünməsinə” diqqət çəkiblər.

Qeyd edək ki, Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən mənbələr seldən ciddi zərər görüb, su boruları zədələnib. Hazırda təmir işləri görülür. Dördpendirli pizza

İH-in ötən gün yaydığı məlumatda icra başçısının “rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə” su mənbələrini gəzdiyi, təmirlə tanış olduğu “fəsadların tez bir zamanda aradan qaldırılması, əhalinin içməli su ilə təminatının həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verdiyi” bildirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!