Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bəlkə onu tonqalda yandıraq?..
19 Okt 2021 11:36
18694

Bəlkə onu tonqalda yandıraq?..

Öncədən qeyd edim ki, bu yazını oxuyanlar məni vətən, torpaq və dövlət sevgisi ilə imthana çəkməsinlər. Çünki bunun məsələyə heç bir aidiyyatı yoxdur. Söhbət sadəcə insanlıqdan, adam olmaq hissindən gedir.

Bir neçə gün əvvəl “Yeni Sabah” Əkrəm Əylislidən müsahibə alıb yayımladı. 8 il əvvəl cəmiyyət olaraq linc edib kitablarını şəhərin mərkəzində yandırdığımız Əkrəmdən. O, uzun müddət idi mediada görünmürdü. Unutduğumuz Əylislini yadımıza ingiltərəli yazar Temas de Vall saldı. Dedik biz də zəng edək, soruşaq, görək necədir. Həm də bir-iki sualımız vardı. Axı jurnalistin işi sual verməkdir. Biz də suallarımızı verdik, cavablarını aldıq və müsahibəni saytda yayımladıq.

Həngamə də elə bundan sonra başladı. “Yeni Sabah”ın sosial şəbəkələrdəki səhifələrində kommunal xidmətlərin qiymətinin qalxdığı vaxtda söyüşün biri bir qəpikdən də aşağı düşdü. Təhqir, söyüş, qarğış marafonu başladı. Bu 83 yaşlı qocaya deyilməyən söz qalmadı. Elə bizim özümüzü də söyən az olmadı. Sanki ac qurdlar yarımcan edilmiş ovu parçalayırdı. Onun canının çıxmasını gözləmədən.

Baxmayaraq, Əkrəm Əylislinin bu müsahibəsində bizi incidəcək bir söz belə yox idi. Hətta orada kifayət qədər pozitiv məqamlar da vardı. Deyir “İndi müharibə qələbəmizlə bitib, belə dövrdə mənə qarşı olan münasibət müsbət mənada dəyişə bilər. Əlbəttə, insanların ürəyindən keçsə...”. Bu cümləsi ilə sanki yazıçı əfv olunmasını istəyir. Bunu açıq şəkildə dilə gətirməyə isə risk etmir. Göz gördüyündən qorxarmış...

Ölkəmizdə kimlər əfv olunmayıb ki?! Dövlətə, millətə Əkrəm Əylislidən milyon dəfə çox ziyan vuranlar belə əfv olunub. Heç onlara Əkrəmə olan nifrətin yüzdə biri qədər də nifrət yoxdur.

Hərçənd, Əkrəm Əylisli ya zəlzələdən, ya da vəlvələdən cəmiyyətin reaksiyasını hesablaya bilməyərək onun qəzəbinə səbəb olacaq əsər yazmışdı. Yazdığı romana, şeirə görə yazarın linc olunması orta əsrlərin ənənəsidir. Həmin vaxt bu qəzəbə tuş gələn şəxsləri Avropada tonqalda yandırırdılar. Bizim coğrafiyada isə ən pis nümunə olaraq diri-diri dərisini soyurdular. Kitabların yandırılması faktı da nasistlərdə görünmüşdü. Amma axı biz özümüzü sivil cəmiyyət hesab edirik, mədəni toplumuq. Mədəni toplumun isə fikir müxtəlifliyinə dözümlü yanaşmaq kimi mənivi borcu var.

Söhbət təkcə Əkrəm Əylislidən getmir. İndi elə bir mühit yaranıb ki, hətta fərqli düşünmək də böyük risk və cəsarət tələb edir. Bu ictimai əsaslarla işləyən “düşüncə polisləri” bir anda adamın var-yoxunu, ölü-dirisini sosial şəbəkələrə dar ağacından sallayırlar. Bundan böyük həzz alan kütlə empatiya hissindən tam məhrum olur. Uşaqlıqda aldıqları psixoloji travmaların məhsulu olan bütün neqativləri səhifələrə qusur və bu üfunəti böyük həvəslə ciyərlərinə çəkir.

Bu amansız həyatda günahsız heç kim yoxdur. Əkrəm Əylisli də mələk deyil. Sadəcə, ən qəddar qatilin də öz fikrini ifadə etmək hüqüqü var. Bəlkə də ömrünün sonuna sayılı günlər qalb. Nə bilmək olar.

Bütün hallarda doğru və yanlış nisbidir. Təbii ki, mənim burada yazdıqlarım da özümün doğru bildiklərimdir və nisbidir. O üzdən kimlər üçünsə - indiki halda görünən odur ki, çoxluq üçün – yanlışdır...

Mən sizdən fərqli düşünürüəm...

Nə təklif edirsiniz, bəlkə onu tonqalda yandıraq?

Amma bu tonqalın tüstüsü istisindən çox olacaq...

Elnur Məmmədli

  • BƏHRAM BASQALLI
    BƏHRAM BASQALLI
    ƏKRƏMƏ DAŞ ATIR YERİNDƏN DURAN. DAŞ ATAN BİLİRMİ NƏ qələt eylər!? TANRI TANRI OLSA, ÖZ ƏKRƏMİNİ 100 DAŞIN ALTIMDAN SALAMAT EYLƏR! HADİSƏLƏR TƏKAMÜL ETDİKCƏ, ƏKRƏMİN O ƏSƏRİ HAQLI YAZDIĞI, LAP VƏQTİNDƏ YAZDIĞI YÜZƏ ÇİKAR VƏ YÜZƏ ÇIKIR YA!!!
    1 month ago Cavab 0
  • AQİL
    AQİL
    Yazıçılar Birliyində Əkrəm Əylisli tək Şəxsiyyətdir ki, yaltaqlıq mərəzinə mübtəla olmayıb.
    1 month ago Cavab 0
  • Loğman
    Loğman
    Sən də, əkrəm kimi millət xaini, vətən satqınısan. Öz milləti, vətəni haqda başqa cür düşünmək olmaz, sən və əkrəm kimi!
    1 month ago Cavab 0
  • Yaşar
    Yaşar
    Keçmişə güllə atanı gələcək topa tutacaq.Əyər, Əkrəm Ə. pisdirsə, yaxşı kimdir?
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər