Benzin yenə BAHALAŞACAQ?

saytların hazırlanması

Evə çatdırılma

Benzin yenə BAHALAŞACAQ?

Sosial

01 İyun 2022 11:17 806


"Neftin qiyməti qalxandan bəri ölkədə avtomobil yanacağının qiymətinin artacağı barədə fikirlər irəli sürülür. Ancaq hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Hökumət bu addımı atmaz. Çünki benzin və dizel yanacağının qiymətinin növbəti dəfə qalxması çox böyük problemlərə səbəb ola bilər”.

Yenisabah.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac görmürəm. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq, bu addımı atmaq düzgün olmaz. Benzin və dizel yanacağının qiymətinin artması aztəminatlı əhali üçün çox böyük zərbə ola bilər”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!