Bərdədə 4 avtomoil toqquşdu: yaralılar var

Bərdədə 4 avtomoil toqquşdu: yaralılar var
Sent 17, 2019 16:36
Oxunma sayı: 72

Bərdə rayonunda zəncirvari yol qəzası baş verib.

"Yeni Sabah"ın məlumatına görə, hadisə rayonun Yeni Bakı küçəsində qeydə alınıb.

Belə ki, 3 "VAZ-2107" markalı avtomobil və 1 "VAZ-21015" markalı minik avtomobili toqquşub. 

Hadisə zamanı sürücülərdən ikisinin yüngül dərəcəli xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yenisabah.az