İrandan Qətərin Ər-Rüveys limanına yükdaşımaları təxminən beş aylıq fasilədən sonra bərpa edilib.
"Yeni Sabah" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Dohadakı ticarət müşaviri Abbas Əbdolxani məlumat verib.
Onun sözlərinə görə, Qətərin Ər-Rüveys limanı yenidən İran mallarını qəbul etməyə başlayıb. Toyuqlu pizza
Əbdolxani qeyd edib ki, buna Qətər hökuməti ilə aparılan koordinasiya nəticəsində nail olunub.
Diplomat vurğulayıb ki, Ər-Rüveys limanı ölkənin daxili bazarına məhsul idxalı üçün əsas nəqliyyat qovşaqlarından biridir. Onun sözlərinə görə, logistika zəncirinin bərpası yükdaşımalarının xərclərinin azalmasına, çatdırılma müddətinin qısalmasına və ümumi ticarət dövriyyəsinin artmasına töhfə verəcək.
Telegram kanalımız