Beş otaqlı ev yandı

Beş otaqlı ev yandı
Sent 9, 2019 07:40
Oxunma sayı: 39

Şəmkir rayonunda 5 otaqlı ev yanıb.

“Yeni Sabah” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Abbaslı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yenisabah.az