“Beşiktaş” bu gün Bakıya gəlir 

saytların hazırlanması

Evə çatdırılma

“Beşiktaş” bu gün Bakıya gəlir 

İdman

12 May 2023 11:08 1048


“Sabah”la xeyriyyə oyunu keçirəcək Türkiyənin “Beşiktaş” komandası bu gün Bakıya gələcək. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yerli vaxtla saat 11:00-da səhər məşqinə çıxacaq. 

Saat 15:00-da isə komanda Sabiha Gökçen Hava Limanından çarter reysi ilə Bakıya yola düşəcək. 

Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!