“Best Model of Azerbaijan 2024” - Final

saytların hazırlanması

Evə çatdırılma

“Best Model of Azerbaijan 2024” - Final

Şou

09 Dekabr 2024 14:10 753


Elxan Paşayev və PAŞA EVENTS-in təşkilatçılığı ilə 07.12.2024 - cü il tarixində Baku Crystal Hall-da Müasir estradamızın banisi, Xalq artisti Röya Ayxan, Eurovision təmsilçilərimiz Fahree & İlkin Dövlətov, 2200 tamaşaçının və böyük partnyorların iştirakı ilə "Best Model of Azerbaijan 2024"-ün FİNAL mərhələsi baş tutub.

Final şousu modellərin çıxışları, dizaynerlərin möhtəşəm kolleksiyalarının nümayişi, rəqs, musiqili qonaqların iştirakı, yarmarka, tanınmış sima və media nümayəndələrinin iştirakı ilə zəngin idi.

Böyük rəğbət və maraqla gözlənilən Final şousuna tamaşaçı axını rekord səviyyədə idi. Layihə böyük şirkət və partnyorlarla əməkdaşlıq edərək sərgi stendlərin təqdimatını etmişdir. Möhtəşəm tədbir 20 xanım və 20 bəy Finalistlərinin gərgin mübarizəsi və rəqabəti ilə öz aktuallığını qoruyurdu. Sezar pizza

Gecənin sonunda nəticələr münsiflər, auditoriya və idarə heyyətinin verdiyi ballarla müəyyən edilmişdir. Qalibləri nəzərinizə çatdırıram.

1ci yerin sahibləri Best Model of Azerbaijan adına layiq görülən finalistlər 20 nömrə Səma İmanzadə və 13 nömrə Rafət Əliyev oldu. İkinci yerin sahibləri 11 nömrə Aysel İbrahimli və 15 nömrə Murad Zəkiyev, üçüncü yerin sahibləri isə 3 nömrə Aişə Əliyeva və 6 nömrə Ömər Paşayev oldu.

Qeyd edək ki, qaliblərimiz yanvar ayında İstanbulda 20 ölkənin iştirak edəcəyi Elite Model of the World layihəsində ölkəmizi təmsil edəcəklər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!