Bəxtiyar Ersayın yerinə   O TƏYİN EDİLDİ - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Ersayın yerinə O TƏYİN EDİLDİ - FOTO

Siyasət

29 Avqust 2025 19:07 2434


General-polkovnik Bəxtiyar Ersayın yerinə təyinat olub.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, general-leytenant Soner Oruçoğlu Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanı təyin edilib.

Xatırladaq ki, Soner Oruçoğlu daha əvvəl Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi kimi fəaliyyət göstərib. pizza mizza

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib. Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!