Qarabağ kanalında bir nəfər batıb.
Bu barədə “Yeni Sabah”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Sezar pizza
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Telegram kanalımız