Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Sosial

27 Yanvar 2024 15:59 299


Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 27-si saat 15:00-a olan məlumata əsasən, Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb. Toyuqlu pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!