Biabırçı görüntülərin çəkildiyi məktəbin direktoru danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Biabırçı görüntülərin çəkildiyi məktəbin direktoru danışdı - Video

Sosial

26 Yanvar 2022 23:34 2003


Ötən gündən etibarən sosial şəbəkələrdə sinif otağında şagirdlərin müəllimə qarşı xoşagəlməz həkətlərini əks etdirən video görüntülər yayılıb. 

Araşdırmalar nəticəsində məlum olub ki, hadisə Xətai rayonunda yerləşən 165 sayılı orta məktəbdə baş verib. 

165 sayılı tam orta məktəbin direktoru Vüqar Məmmədov bildirib ki, hadisə baş verən gündən həmin məsələ nəzarətə götürülüb.  Toyuqlu pizza

“Həmin hərəkətləri edən şagirdlərdən valideynlərinin iştiraki ilə izahat alınıb. Həmçinin Xətai ratonu Polis İdarəsi tərəfindən dəvət edilib izahatları alınıb. Hadisənin gedişatından asılı olaraq həmin şagirdlərin gələcəkdə üç illik xüsusi nəzarətə götürülməsi nəzərdə tutulub” – deyə, məktəb direktoru qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!