Biabırçılıq: Bakıda şəhidin hesabındakı pul oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Biabırçılıq: Bakıda şəhidin hesabındakı pul oğurlandı

Sosial

27 İyul 2021 15:22 1097


Vətən Müharibəsinin şəhidi Kənan Siyavuş oğlu Qafarovun hesabındakı pul oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə şəhidin anası Şəfaqət Qafarova hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirib ki, oğlunun adına olan kartdan 3960 manat pul çıxarılaraq oğurlanıb.

Şəhidin hesabı Beynəlxalq Bankda olub. Oğurluq isə bankın Naxçivanı küçəsi 15-də yerləşən bankamatında baş verib. Toyuqlu pizza

Məlumata görə, iş araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Azərbaycan Ordusunun əsgəri olan Kənan Qafarov 8 oktyabr 2020-ci ildə şəhid olub. Göyçay rayonunda dəfn olunub. İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. (bakupost)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!