Biləsuvarda ana və övladları dəm qazından zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda ana və övladları dəm qazından zəhərləndi

Sosial

07 Fevral 2023 11:03 628


Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü G.Məmmədova və onun övladları, 2007-ci il təvəllüdlü M.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədova və 2012-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərləniblər.  pizza sifarişi

Onlar rayon xəstəxanasına aparılıblar. Məlumata görə, ailə üzvləri İran istehsalı olan sobadan sızan dəm qazından zəhərləniblər. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!