Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətinə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
İlkin araşdırma zamanı zəhərlənmənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. pizza mizza
AQTA-nın məlumatına görə, araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Agentlik vətəndaşlara müraciət edərək kütləvi tədbirlər zamanı qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunmasında qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.
Qeyd edək ki, Biləsuvar rayonuna qonaq gedən Cəlilabad sakinlərindən 10 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. Hadisə onlar Biləsuvar rayonunda məclisdə iştirak etdikdən sonra baş verib. Belə ki, məclisdə iştirak edən ailə üzvləri Cəlilabaddakı evlərinə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.
Onlardan 10 nəfər, o cümlədən azyaşlılar zəhərlənmə şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Aytac Əliyeva
Telegram kanalımız