Bir ailənin dörd azyaşlı üzvü sığınacağa yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bir ailənin dörd azyaşlı üzvü sığınacağa yerləşdirildi

Sosial

27 Yanvar 2024 19:41 665


“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə bir ailədən dörd azyaşlı uşaq baxımsız, sosial təhlükəli vəziyyətdə qəbul edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə ictimai birlikdən məlumat verilib.

Bildirilib ki, uşaqların anası ağır mədə xərçəngindən əziyyət çəkir. Ailə ilk dəfə ziyarət olunan zaman ana və uşaqların heç birinin qeydiyyatının olmaması, azyaşlıların təhsildən yayınması və ananın ağır vəziyyətdə evdə müalicəsiz baxımsız şəraitdə qalması aşkarlanıb. pizza sifarişi

İctimai Birliyin müraciəti əsasında Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişi və dəstəyi ilə ana ağır vəziyyətdə ilkin olaraq M.A.Qasımov adına Respublikası Klinik Xəstəxanasına yerləşdirilib.

Azyaşlıların reabilitasiyası “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!