Bir neçə rayona qar yağdı - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə rayona qar yağdı - FAKTİKİ HAVA

Sosial

13 Dekabr 2023 16:45 434


Daşkəsən, Gədəbəy rayonlarında və Şahdağda qar yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Salyan, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Daşkəsən, Gədəbəy, Şahdağda isə qar yağıb. Dördpendirli pizza

Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-də 8 dərəcəyədək isti, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!