Birinci sinfə qəbulla bağlı suallar “Facebook“da cavablandırılır

saytların hazırlanması

Evə çatdırılma

Birinci sinfə qəbulla bağlı suallar “Facebook“da cavablandırılır

Sosial

13 Mart 2019 20:13 941


Birinci sinfə qəbulla bağlı suallar cavablandırılır.

“Yeni Sabah” xəbər verir ki, 13-15 mart 2019-cu il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilir. Suallar şərhlər vasitəsilə cavablandırılır.

Qeyd edək ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. pizza mizza

Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır.

Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemində avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!