Birinci xanımın imamla söhbəti

Birinci xanımın imamla söhbəti
Sent 15, 2019
Oxunma sayı: 490

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də Şamaxı Cümə məscidini ziyarət ediblər.

“Yeni Sabah” xəbər verir ki, məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirib.

Mehriban Əliyeva: Buraya xaricdən turistlər çox gəlir?

Mərhəmət Mustafayev: Çox gəlirlər, gündə təxminən 500 nəfər.

Mehriban Əliyeva: Hansı ölkələrdən?

Mərhəmət Mustafayev: Bütün Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan gələnlər var. Allah cənab Prezidentdən razı olsun.

Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edən məscidin imamı Mərhəmət Mustafayev deyib:

- Sizi Azərbaycanın, Şamaxının bu qədim məscidində salamlamaqdan çox böyük şərəf duyuram. Allah sizlərdən razı olsun. Burada sizlərin çox böyük zəhməti var. Allah cənab Prezidentdən razı olsun. Allahın kitabını, İnşallah, Sizə hədiyyə edirəm. Allah Sizi hifz eləsin.

Mehriban Əliyeva: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirilib.

Yenisabah.az
Birinci xanımın imamla söhbəti