Birincilər bu gündən məktəb seçə bilərlər

saytların hazırlanması

Evə çatdırılma

Birincilər bu gündən məktəb seçə bilərlər

Sosial

06 May 2022 11:29 389


Bu gündən, mayın 6-dan Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.

Yenisabah.az Təhsil Nazirliyinə əsasən xəbər verir ki, bu gündən həmçinin dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat da mümkün olacaq.

30 may saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir. pizza mizza

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın 4-dən start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır və qeydiyyat sentyabrın 14-də başa çatacaq.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!