“Bu məsələdə çeviklik əsas rol oynayır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Qeyd edək ki, bu gündən Azərbaycan bölməsi üzrə birinci siniflərə məktəb seçiminə başlanılır. Qeydiyyat sentyabrın 14-də başa çatacaq. Marqarita pizza
Məktəb və müəllim seçimi bu gündən başlasa da narazılıqlar var. Valideynlər sistemin ilk dəqiqədən etibarən işləmədiyini, bunun maddi maraqlara görə edildiyini iddia edirlər. Yəni elektron ərizə qəbulundan keçməyən uşağın valideyni məktəbə gedib, övladının oxuması üçün direktorla "anlaşmalıdır".
Elçin Əfəndi isə hesab edir ki, bu məsələdə informasiya texnologiyasında daha çevik işləmək qabiliyyəti tələb olunur:
“Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinə birinci sinifə elektron qəbul prosesi həyata keçirilir. Hazırda sistemdə qeydiyyat bu gündən etibarən aparılır. Lakin ümumi qeydiyyat 2 gün əvvəl başlanılıb.
Hər bir valideyn çevik olmalıdır. Yəni bu məsələdə çeviklik rol oynayır. İnformasiya texnologiyasında daha çevik işləmək qabiliyyəti tələb olunur. Valideyn hələ sistemə indi daxil olub, qeydiyyatdan keçirsə, təbii ki, müəyyən zaman tələb olunacaq. Seçilən məktəblərin siyahısı çıxana qədər artıq gecikmiş olur. Bu zaman serverdə yüklənmə, müvafiq problemlər üzə çıxır. Lakin çevik davranılarsa, asanlıqla qeydiyyatdan keçə bilərlər”.
Ekspert rüşvət iddiasını əssasız hesab edir:
“Bəziləri bu problemin rüşvətə görə baş verdiyini iddia edir. Lakin bu əssasızdır. Çünki bu bsistem şəffaflıq üçün yaradılıb. Əvvəllər bağçalar icra hakimiyyətinin balansında idi. Şagirdlərin qəbulu sırf rüşvət əsasında idi. Amma indi yoxdur. Bu sistem xətasıdır. Eyni anda yüklənmə olur. Ona görə, server işləmir”.
E.Əfəndi qeyd edib ki, Təhsil Nazirliyi bu problemi aradan qaldırmalıdır:
“Çökmənin qarşısını almaq üçün çalışmalıdırlar. Təhsil Nazirliyini qınayaq ki, bir də belə problemlə üzləşməyək. Aradan qaldırılsın. Bunu anlayışla qarşılamaq olar. Sentyabrın 14-ə qədər mərhələ-mərhələ bu proses davam edəcək.
Sistem şəffafdır. Tutaq ki, vətəndaş Yasamal rayonunda yaşayır. Lakin övladının Səbaildə təhsil almasını istəyir. O zaman sorğu çıxır ki, nə üçün buranı istəyirsən? Bu qədər şəffaflaşıb. Rüşvət də var. Lakin bunu bütün məktəblərə şamil etmək düzgün deyil”.
Nəzrin Vahid
Telegram kanalımız