“Bizon”un içindən şüşə necə çıxa bilər ki?” – Mövqe

saytların hazırlanması

Evə çatdırılma

“Bizon”un içindən şüşə necə çıxa bilər ki?” – Mövqe

Sosial

11 Avqust 2021 14:25 1956


Bir neçə gün öncə Azərbaycanda satılan “Bizon” energetik içkisinin içərisindən şüşə çıxması haqqında sosial şəbəkələrdə məlumat yayılıb. 

Bu haqda gənc şair Elşad Barat şəxsi sosial media hesabında foto paylaşıb, məlumat yazıb. 

“Bizon”un Azərbaycan satışını həyata keçirən “Avrora” distribüter şirkətinin mövqeyini öyrənmək mümkün olmayıb. Şirkətin nə mobil və şəhər telefon nömrələri aktivdir. Marqarita pizza

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı Yenisabah.az-a açıqlmasında vurğulayıb ki, məlumatı yayan şəxs artıq səhvini başa düşüb, hətta bu barədə yeni paylaşım edib:

“İstehsalçı şirkətlə əlaqə saxlamamışam. Lakin bir məsələni qeyd edim: “Bizon”un içindən şüşə çıxması mümkün deyil. İstehsal prosesinin şüşə ilə heç bir əlaqəsi yoxdur. Bu cür proseslər bir-biri ilə mübarizə aparan şirkətlərin nüfuzuna ziyan vurmaq üçündür. “Bizon”dan şüşə çıxması haqqında məlumat yayan şəxs də səhv etdiyini qəbul edib və bu haqda sosial şəbəkədə açıqlama yayıb”.

Ekspert “Bizon” kimi enerji içkilərinin alınmasını mələhət görmədiyini qeyd edib:

“Birmənalı şəkildə enerji içkilərinin istifadəsini məsləhət görümürük. Bir müddət öncə məlumat yayılıb ki, insanlara enerji içkisi adı altında saxta məhsullar satılır. Satılan əslində sudur. Mən bu məsələdən sonra dövlət orqanlarını tənqid etmişəm ki, bu sayaq məhsulları satan şirkətləri cərimələməyin, əslində, onlara hədiyyə vermək lazımdır, çünki satdıqları adı sudur”.

Mehri Qurban

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!