Rusiya və ABŞ xarici işlər nazirləri Sergey Lavrov və Entoni Blinken arasında Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının tədbirləri çərçivəsində görüş planlaşdırılmır.
Yenisabah.az xəbər verir ki, bunu nazirin müavini Sergey Ryabkov bildirib.
O deyib: "Cənab Blinkenin bu tarixlərdə BMT-nin mənzil-qərargahında olacağına əmin deyiləm. O, orada görünsə, şəraitə uyğun olaraq müəyyən edəcəyik. Rusiya jurnalistlərinə vizaların verilməməsi kəskin anti-Rusiya təzahürüdür. Biz cavab verəcəyik. Bir daha vurğulayıram”. pizza
Telegram kanalımız