BMT qarşısında Zəfər fotosərgisi

saytların hazırlanması

Evə çatdırılma

BMT qarşısında Zəfər fotosərgisi

Sosial

05 Noyabr 2021 21:34 548


BMT-nin Bonn şəhərindəki qərargahı önündə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib.

Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” şüarı altında fotosərgi nümayiş etdirilib.

Sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallara və məlumatlara diqqət cəlb edilib. Marqarita pizza

Aksiyada diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!