Şimali Sudanın paytaxtı Xartumda silahlı toqquşmalarla bağlı xəbərlərin yayılmasından sonra BMT-nin baş katibi Antonio Quterreş və baş katibin Sudan üzrə xüsusi nümayəndəsi bu ölkədə baş verən zorakılığı qəti şəkildə pisləyən bəyanatlar veriblər.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, baş katibin mətbuat sözcüsü Stefan Düyarrikin yaydığı bəyanatda BMT baş katibi müharibə edən tərəfləri, Çevik Reaksiya Qüvvələrinin liderlərini və Sudan ordusunu düşmənçilikləri dərhal dayandırmağa, sakitliyi bərpa etməyə və hazırkı böhran şəraitində münaqişənin həlli üçün dialoqa başlamağa çağırıb.
Bundan əlavə, Quterreş regiondakı digər dövlətləri asayişin bərpası və hakimiyyətin mülki idarəçiliyə keçməsi səylərini dəstəkləməyə çağırıb. Dördpendirli pizza
Qeyd edək ki, Sudanda son günlər başlayan vətəndaş müharibəsi nəticəsində 83 nəfər ölüb, daha 1.126 nəfər yaralanıb. Bundan əvvəl BMT-nin 4 əməkdaşının da həlak olduğu bildirilmişdi.
Telegram kanalımız