Alman avtomobil istehsalçısı BMW yeni reklam kampaniyasına görə sürücülərin narazılığına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, şirkətin 70-dən çox ölkədə həyata keçirdiyi kampaniya çərçivəsində bəzi avtomobillər işə salındıqda multimedia ekranında "Spider-Man" (Hörümçək adam) mövzulu reklam görünür.
Məlumata görə, bu vəziyyət qiyməti 61,5 min ABŞ dollarından başlayan premium modellərdə də müşahidə olunur. Reklam bannerinə toxunulduqda avtomobilin səs sistemi və işıqlandırmasından istifadə edən animasiya işə düşür və "BMW iX3 Flow -Spider-Man Brand New Day" adlı konsept model təqdim edilir. pizza hut
Kampaniya ''Sony'' və ''Marvel'' ilə əməkdaşlıq çərçivəsində hazırlansa da, bir çox istifadəçi şəxsi avtomobilin reklam platformasına çevrilməsini tənqid edib. Sürücülər bildirirlər ki, avtomobili işə salan kimi reklamın avtomatik görünməsi onları narahat edir.
BMW isə açıqlamasında qeyd edib ki, animasiya yalnız istifadəçi ekrandakı bannerə toxunduqdan sonra işə düşür və bu, genişmiqyaslı brend tərəfdaşlığının bir hissəsidir. Lakin istifadəçilər reklam bannerinin istənilən halda avtomatik açıldığını bildirərək şirkətin izahı ilə razılaşmayıblar.
Qeyd edək ki, BMW daha əvvəl də bəzi funksiyaların, o cümlədən oturacaq isidicisinin abunə modeli ilə təqdim edilməsi planına görə tənqid olunmuş, sonradan bu qərarından geri çəkilmişdi.
Telegram kanalımız