“Kimdənsə borc alıb iftar süfrəsi açmaq dinimizə ziddir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Müşviq Əskərov deyib.
Qeyd edək ki, artıq Ramazan ayının iyirmi dördüncü günündəyik. Fitr bayramına sayılı günlər qalır. Bu ayda hər kəs savab üçün iftar süfrəsi açmağa çalışır. Lakin iddiaya görə, kimdənsə borc alıb, iftar süfrəsi açanlar da var. Cəmiyyətdə belə rəy var ki, insanın içindən gəldiyi üçün bu, günah sayılmır. pizza mizza
İlahiyyatçının sözlərinə görə, iftar süfrəsi halal pulla açılmalıdır:
“Ramazan ayı yardımlaşma ayıdır. Hədisdə də var ki, "özü tox, qonşusu ac yatan şəxs bizdən deyil". Bu təkcə Ramazana məxsus deyil. Bütün vaxtlara aiddir. Həm də nəinki müsəlman, hətta xristian, yəhudi dinlərinə də.
Elə şəxslər var ki, iftar süfrəsi açmağı arzulayır, amma pulu yoxdu. Kimdənsə borc alıb iftar süfrəsi açmaq dinimizə tərs olan bir şeydir.
Bir neçə nəfər birləşib iftar süfrəsi aça bilər. Bunda qəbahət yoxdur. Amma şəxs özü kimdənsə borc alıb, iftar verirsə, düzgün deyil”.
Nəzrin Vahid
Telegram kanalımız