Borcunu ödəməyən 91 nəfər saxlanıldı – DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Borcunu ödəməyən 91 nəfər saxlanıldı – DİN-dən açıqlama

Kriminal

03 Sentyabr 2026 10:29 34


Sentyabrın 2-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 48 cinayət hadisəsinin açılması təmin edilib.

"Yeni Sabah" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin də açılması təmin olunub.

Hesabat günündə axtarışda olan ümumilikdə 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 91-i borclu şəxs qismində axtarışda olub. Pepperoni pizza

Bundan əlavə, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!