"Rəsmi Brüssel Rusiyanın Ukraynada genişmiqyaslı işğala hazırlaşdığı barədə ABŞ-ın xəbərdarlığına inanmırdı".
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici diplomatiya xidmətinin rəhbəri Jozep Borrell deyib.
O bildirib: “Ukraynada müharibə davam edir. Biz Ukraynanın nə qədər effektiv müqavimət göstərəcəyini proqnozlaşdırmırdıq və müharibənin olacağına da inanmırdıq. Etiraf edim ki, amerikalılar bizə ruslar hücum edəcəklər deyəndə, biz çox da inanmırdıq”. pizza
Borrellin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken ona Ukraynaya hücumun hazırlanması barədə məlumat verib:
“Bir amerikalı məmur fevralda Blinkenə zəng edib, o da mənə zəng edərək dedi ki, hücum bu həftəsonu olacaq. 2 gündən sonra isə ruslar Kiyevi bombalamağa başladı. Bunun baş verəcəyinə inanmırdıq və Ukraynanın özünün göstərdiyi kimi şiddətlə və uğurla müqavimət göstərməyə hazır olduğunu əvvəlcədən də görməmişdik. Təbii ki, hərbi dəstəyimiz sayəsində onsuz da bu, mümkün deyildi, lakin ukraynalılar səy göstərdilər”.
Eyni zamanda o, etiraf edib ki, Aİ Rusiyada kütləvi səfərbərliyi, eləcə də Putinin nüvə təhdidlərini qabaqcadan görmürdü:
“Hamınız Putinin ilhaqı elan edən son çıxışını oxumusunuz. Bu çıxışı yenidən oxumağı sizə məsləhət görürəm. Hər bir Avropa vətəndaşı bu çıxışı oxumalıdır, xüsusən də biz. Siz dünyaya onun Qərbə münasibətinin və müharibənin əsl səbəblərinin nə demək olduğunu anlamalısınız”.
Telegram kanalımız