Botoks etdirdikdən sonra öldü, koronavirusu səbəb göstərdilər
26 Sen 2020 13:21
345

Botoks etdirdikdən sonra öldü, koronavirusu səbəb göstərdilər

Türkiyədə 38 yaşlı Kübra Boyraz adlı qadın botoks etdirdikdən sonra həyatını itirib.

Yenisabah.az xəbər verir ki, İstanbulun Beylikdüzü bölgəsində yerləşən "Newlife" adlı gözəllik mərkəzində botoks etdirdikdən sonra qadının halı pisləşib. Lakin salon rəhbərliyi məsələni gizlətməyə çalışıb. 

Başladılan istintaq prosesindən sonra şübhəli bilinən 4 nəfər saxlanılıb, onlar dindirilərək sərbəst buraxılıb. Lakin şübhəlilərdən biri olan K.A adlı şəxsin baş verənləri etiraf etməsindən sonra onlar həbs ediliblər.

K.A-nın sözlərinə görə, salon sahibləri ondan Kübranın koronavirus səbəbilə öldüyünü deməsini tələb edib:

"Ölüm səbəbinin koronavirus olduğunu deməyimi istədilər. Polis bölməsində və prokurorluqda nə deyəcəklərini müzakirə edirdilər. Ölən xanımdan iyul ayında 20 min lirə pul aldıqları barədə də danışdılar. Əsas şübhəlinin mən olduğumu deyərək təhdidvari çıxışlarla hədələdilər".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər