“Böyük Qayıdış“ı gözləmək lazım gələcək“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Böyük Qayıdış“ı gözləmək lazım gələcək“ - Deputat

Sosial

21 May 2022 09:18 1482


“İnsanların Qarabağ arzusu təbiidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Qeyd edək ki, Qarabağa təsərrüfatların köç prosesi ilk olaraq Kəlbəcərlə başlayıb. Ötən il işğaldan azad olunan Kəlbəcər rayonuna arıçılıq təsərrüfatları köçürülüb. Bu proses bu il də təkrarlanıb. Lakin Qarabağa əhalidən əvvəl təsərrüfatların köçürülməsi birmənalı qarşılanmayıb. İşğaldan azad olunmuş rayonların əhalisi səbirsizliklə öz doğma yurd-yuvalarına köçmək istədiklərini bildirirlər. Marqarita pizza

Deputatın sözlərinə görə, bu, gündəmdə olan məsələdir:

"Artıq işğaldan azad olunmuş rayonlarımıza marşurutlar açılıb. İnsanlar bunu yüksək səviyyədə dəyərləndirirlər. 30 il öz ata-baba yurdunun həsrəti ilə yaşayanların arzu və istəkləri təbiidir. Lakin unutmayaq ki, bu qadağaların hamısı vətəndaşlarımızın təhlükəsizliyi üçün həyata keçirilir".

Milli Məclisin digər üzvü Elman Məmmədov isə qeyd edib ki, təhlükəsiz ərazilər çoxaldıqca, gediş-gəlişin sayı artacaq:

“Təhlükəsizlik tədbilərinin tam bitməsini gözləməliyik. Ümidvaram ki, qısa zamanda insanlar sərbəst şəkildə öz ata-baba yurdlarına qayıdarlar”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!