“Bozo” Bakıya gəldi: MARAQLI GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

“Bozo” Bakıya gəldi: MARAQLI GÖRÜNTÜLƏR

Şou

14 İyun 2026 14:18 275


"Yeraltı" serialındakı "Bozo" obrazı ilə məşhurlaşan aktyor Uraz Kaygılaroğlu Bakıya gəlib.

“Yeni Sabah” xəbər verir ki, o, özəl məktəblərdən birində "Stil satnding" adlı stand-up şousu ilə çıxış edəcək.

Bakı Hava limanında sənətçini ictimai xadim Hacı Nuran Hüseynov qarşılayıb. pizza hut

Hacı Nuran bildirib:

““Ömrümmmm” kəlməsi ilə tamaşaçıların fovaritinə çevrilən Uraz artıq Bakıdadır. Yolunu çoxdan gözləyirdik. Budur, onunla görüşdük.

Elə ilk kəlmədən necə sadə biri olduğunu göstərdi. Maraqlı, cana yaxın biridir. Qarşıda hələ bir neçə gün var. Uraz Bakını görmək üçün səbirsizliklə şəhəri gəzməyə çıxdı. Onun paytaxt gəzintisinin olay olacağına əminəm.

Çünki Türkiyədə olduğu kimi Azərbaycanda da onun fanatları çoxdur. "Yeraltı" serialının sevimlisi olan "Bozo" tamaşaçılara gündəlik həyatdan ilhamlanan hekayələrlə dolu dinamik bir proqram təqdim edəcək. Əminəm ki, bu həyat hekayələrin də onun da öz hekayəsi olacaq. Hər halda biz də bu axşamı səbirsizliklə gözləyirik”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!