Briqada generalı: “İran tarixi dönüşdən keçir“

saytların hazırlanması

Evə çatdırılma

Briqada generalı: “İran tarixi dönüşdən keçir“

Dünya

18 Mart 2023 13:56 984


"Son iğtişaşlarda hegemon qüvvələr milli istiqlal və birliyi pozmaq üçün hər cür hiylədən istifadə etdi. Hətta terrora əl atdı. Monarxist və separatçı qruplar vasitəsilə İranı parçalanma və dağılma təhlükəsi ilə üz-üzə qoymağa cəhd etdi".

Yenisabah.az "Borna"ya istinadla xəbər verir ki, bunu İran Ali liderinin müşaviri, briqada generalı Əmir Hatəmi deyib.

O əlavə edib: "İran elə bir geosiyasi vəziyyətdədir ki, hər bir siyasi, hərbi və təhlükəsizlik hadisəsi, bir növ, İranın coğrafiyası ilə bağlıdır. İran Şərqi Qərblə, Şimalla Cənubu birləşdirən körpüdür və bu kimi beynəlxalq strateji nöqtələrə məruz qalır. Hörmüz boğazı, Fars körfəzi və Oman dənizi böyük dövlətlər üçün vacib olan nəhəng neft və qaz ehtiyatlarına malikdir və İranın mövqeyini digər ölkələrlə müqayisədə fərqli edib". Marqarita pizza

Briqada generalı vurğulayıb: "Son müharibələr, xüsusilə Ukrayna ilə Rusiya arasında münaqişə, yeni güclərin meydana çıxması, Çin və Hindistan, Amerika ilə Çin arasındakı münaqişə, regional müharibələr, Amerikanın dünyada qüdrətinin azalması və sionist rejimin (İsrail - red.) daxildən süqutunun başlaması, İraq və Suriyada İŞİD-in məğlubiyyəti ilə İranın tarixi dönüş nöqtəsini keçir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!