Britaniya yeni qırıcıya maliyyə ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Britaniya yeni qırıcıya maliyyə ayırdı

Dünya

14 Aprel 2023 17:39 708


Britaniya Yaponiya və İtaliya ilə əməkdaşlıqda yeni qırıcının hazırlanması üçün "BAE Systems Corporation"a 656 milyon funt sterlinq (822 milyon dollar) ayırıb.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Ben Uolles danışıb.

Böyük Britaniyanın 2025-ci ilə qədər layihəyə 2 milyard funt sterlinq (2,5 milyard dollar) sərmayə qoyacağı gözlənilir. Dominos pizza

Layihənin məqsədi 2035-ci ilin sonuna qədər xidmətə girəcək ən son döyüş təyyarələrinin yaradılmasıdır.

Aparıcı podratçılar arasında Britaniyanın "BAE Systems" korporasiyası, Yaponiyanın "Mitsubishi Heavy Industries" və İtaliyanın "Leonardo" şirkətləri var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!