BŞİH uşaq evlərində “Bizim Ulu Öndərimiz” adlı tədbirlər keçirdi

saytların hazırlanması

Evə çatdırılma

BŞİH uşaq evlərində “Bizim Ulu Öndərimiz” adlı tədbirlər keçirdi

Sosial

22 Fevral 2023 16:03 674


Paytaxtın uşaq evlərində “Bizim Ulu Öndərimiz” adlı tədbirlər keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatına görə, ölkə başçısı cənab İlham Əliyevin  müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində Bakıdakı 1 və 2 nömrəli Uşaq evlərində “Bizim Ulu Öndərimiz” adlı tədbirlər Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilib. 

Uşaq evlərindəki tədbirlərin əvvəlində iştirakçıların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun iştirakı ilə uşaq evlərindəki tədbirlərdən danışıblar. Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Ölkəmizdə uşaq siyasətinin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan uşaqları hər il Heydər Əliyevlə olan görüşlərindən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən danışıb və  ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu gün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib. 

Tədbirlərdə uşaq evlərinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, Azərbaycana, Şanlı ordumuza həsr olunan şerlər və mahnılar səsləndirildi, uşaqlar şən rəqs nümunələri ilə çıxış ediblər. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!