Astroloqlar bu il 4 bürc üçün şad xəbərlər verməyə davam edir. Proqnozlara əsasən, bu bürclər ciddi münasibətlərə addım atacaqlar.
Yenisabah.az evlilik üçün hazırlıq görməyə başlamalı olan şəxslərin bürclərini təqdim edir:
Qoç pizza mizza
Qoç çox güclü və sərbəstliyə önəm verən bir bürcdür. Bu səbəbdən münasibətə başlamadan əvvəl özünüzü necə varsa, elə də təqdim edirsiniz. Ancaq bu il sizi konfort zonanızdan kənara çıxaracaq və ona olan sevginizi dərinləşdirən biri ilə rastlaşa bilərsiniz.
Bu il özünüzün daha güclü bir versiyası olan şəxslə qarşılaşacaq və qorxmaz ruhunuza dəyər verən birini tapacaqsınız.
Xərçəng
Bu il münasibətə başlamaq cəhətdən inanılmaz uğurlu bir zamanın gəldiyini hiss edəcəksiniz. Hətta bu münasibət ciddiliyə doğru yol alacaq. Pluton Oğlaq bürcündən ayrılaraq sizi gərginlikdən azad edir və daha asan nəfəs almağa imkan verir.
Bununla belə, ilin sonunda Mars bürcünüzdən geriyə doğru hərəkət edəcək ki, bu da xırda döyüşlərə və mütənasib olmayan fikir ayrılıqlarına səbəb ola bilər.
Mars haqqında bir cəhəti unutmamaq lazımdır ki, o, ehtiras və dərin bağlılıq gətirə bilər, nələr üçün mübarizə aparmağa hazır olduğunuzu göstərəcək və sevgidə daha orijinal görünmək üçün sizə inam yaradacaq.
Tərəzi
Ulduzların hərəkəti sevgi münasibətlərinizdəki olayları yerindən tərpədir və sizi cəsur olmağa, müstəqilliyə doğru sövq edir. Öz üzərində çalışan zaman kiminləsə rastlaşmaq və ya ona aşiq olmaq sizə qeyri-real görünə bilər, ancaq kainat bu barədə sürprizlər hazırlayır.
Sevgidən və münasibətlərdən tamamilə vaz keçdiyiniz bir zamanda, həyatınızı dəyişdirəcək biri ilə yollarınız kəsişəcək.
Əmin olun ki, onu ilk baxışda tanıyacaqsınız. Daha əvvəl heç yaşamadığınız o duyğunu iliklərinizə qədər hiss edəcəksiniz. Tutulmalar ani dəyişikliklərə səbəb olduğundan, ediləcək ən yaxşı şey nəzarətdən imtina etmək və özünüz kimi olmaqdan çəkinməməkdir.
Əqrəb
Eşq 2024-cü ildə həyatınızı gözlənilməz dərəcədə dəyişəcək. Birlikdə o qədər güclü olacağınız biri ilə rastlaşacaqsınız ki, həmin adamla imperiya belə qura biləcəksiniz. İndi sizin üçün dəyişikliyin əsl vaxtıdır. Son vaxtlar yaşadığınız və bürcünüzdəki tutulmalarla əlaqəli olan gərginliklər sizin üçün bir çox qeyri-sabitliyə səbəb olub.
İndi ulduzlar məhəbbətdə yeni bir başlanğıc tapmağınıza kömək etmək üçün plan qururlar. Bu yay yeni münasibətlər, tanışlıqlar, evlilik və əvvəllər olmadığı kimi həyatınızı fərqli cür yaşamağın tam zamanıdır.
Aytac Şahin
Telegram kanalımız