Bu 4 bürc üçün müjdə: Fevralda başlarına “pul yağacaq”

saytların hazırlanması

Evə çatdırılma

Bu 4 bürc üçün müjdə: Fevralda başlarına “pul yağacaq”

Sosial

31 Yanvar 2024 18:01 5084


Astroloqlar fevral ayında varlanacaq 4 bürcün adını açıqlayıb. 

Yenisabah.az həmin bürcləri təqdim edir: 

Qoçlar fevral ayında sevgi və əlaqələr baxımından çox müsbət bir dövrə daxil olur. Bu bürcün nümayəndələri münasibətlərində daha ehtiraslı və romantik bir dövr yaşaya bilərlər. Qoç bürcləri maliyyə məsələlərində də çox şanslı olacaqlar. Obrazlı desək, fevralda onların başına "pul yağacaq".  Dördpendirli pizza

Buğa bürcləri fevral ayında karyera baxımından çox uğur qazanacaqlar. Onlar iş həyatlarında yeni imkanlarla qarşılaşa və maddi cəhətdən faydalana bilərlər. Sevgi həyatlarında da müsbət inkişaf yaşayacaqları istisna edilmir. 

Xərçəng üçün fevral ayı ailə və münasibətlər baxımından olduqca xoş keçə bilər. Ailələri ilə daha çox vaxt keçirə və münasibətlərində daha xoşbəxt bir dövr yaşayacaqları deyilən bu bürc digər tərəfdən, maliyyə məsələlərində də şanslı olacaq. 

Fevral Qız bürcündən olan insanlara iş həyatında uğur və qazanc gətirəcək. Onlar karyeralarında irəliləyiş imkanları ilə qarşılaşacaq və maddi cəhətdən yeni fürsətlərdən yararlanacaqlar. Qız bürcünün nümayəndələri bu ay sevgi həyatlarında da müsbət inkişaf yaşayacaqlar. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!