Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 4-5 iyun tarixlərində keçirilən qəbul imtahanlarında iştirak etmək üçün ərizə təsdiq etmiş 38539 abituriyentdən (I qrup üzrə 33219 nəfər, IV qrup üzrə 5320 nəfər) 4568 nəfəri (I qrup üzrə 4201 nəfər, IV qrup üzrə 367 nəfər) imtahanda iştirak etməyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Toyuqlu pizza
Telegram kanalımız