Bu dövlət qurumunun regional bölmələri bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Bu dövlət qurumunun regional bölmələri bağlanır

İqtisadiyyat

20 Noyabr 2026 14:38 396


Regionlarda yeni DOST mərkəzlərinin açılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq regional struktur bölmələrinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə rəyində qeyd olunub.

Rəydə DOST Agentliyinin və DOST mərkəzlərinin saxlanılmasına çəkilən xərclərin DSMF-nin idarəetmə xərclərinə daxil edilməsinin məqsədəmüvafiq olduğu bildirilib. İnternetdən sifariş

Qeyd olunub ki, yeni DOST mərkəzlərinin açılması və DSMF-nin regional bölmələrinin bağlanması fonunda saxlanılma xərclərinin optimallaşdırılması məqsədilə müvafiq xərc istiqamətlərinin mərkəzləşdirilməsi vacibdir.

Hesablama Palatası bununla bağlı Fond tərəfindən müvafiq tədbirlərin görülməsini zəruri hesab edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!