Cennifer Lopes Los-Ancelesdə keçirilən tədbirdə bahalı aksessuarları göz deşib.
“Yeni Sabah” xəbər verir ki, 57 yaşlı müğənni “The JLo Show: Live in Las Vegas” filminin təqdimat mərasiminə “Dolce & Gabbana” imzalı geyimlə gəlib.
O, libasını xəz bəzəkli atlaz plaşla tamamlayaraq fərqli obraz yaradıb. Lakin müğənninin geyimindən daha çox boynundakı zinət əşyası müzakirə mövzusuna çevrilib. Ağ qızıldan hazırlanan boyunbağı “Sicilia” kolleksiyasına daxildir. Şəffaf və sarı brilyantlarla bəzədilən zinət əşyasının mərkəzində çəkisi 100 karatdan çox olan nadir təbii sarı brilyant yerləşdirilib. Elektronika məhsulları
Müğənni boyunbağı ilə yanaşı, eyni kolleksiyadan olan sırğa və üzüklər də taxıb. Dəstdəki zinət əşyalarının ümumi qiymətinin 10 milyon dolları keçdiyi ehtimal olunur.
Telegram kanalımız