Telefonlardan tutmuş balığa qədər – Vyetnamdan nələr alırıq?

saytların hazırlanması

Evə çatdırılma

Telefonlardan tutmuş balığa qədər – Vyetnamdan nələr alırıq?

İqtisadiyyat

20 Noyabr 2026 14:34 70


Azərbaycan Vyetnamdan əsasən smartfonlar, elektronika, məişət texnikası və müxtəlif avadanlıqlar idxal edir. Bu ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 136 milyon dollar olsa da, bunun 134,9 milyon dolları Vyetnamdan idxalın payına düşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputatın sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Vyetnamla 641 məhsul növü üzrə ticarət əlaqəsi qurub. İdxalda ən böyük pay isə smartfonların olub. Belə ki, hesabat dövründə Azərbaycana Vyetnamdan 188 min 684 ədəd smartfon gətirilib. Bunun üçün 73 milyon dollar vəsait ödənilib. İnternetdən sifariş

Vyetnamdan idxal etdiyimiz digər məhsullar arasında texnika və avadanlıqlar üstünlük təşkil edir. Belə ki, qeyd olunan dövrdə Azərbaycana 4,9 milyon dollar dəyərində kommutasiya qurğuları daxil olmaqla, səsin, təsvirin və digər məlumatların qəbulu, çevrilməsi və ötürülməsi üçün maşınlar gətirilib.

Bundan başqa, 4,6 milyon dollar dəyərində portativ hesablayıcı maşınlar, 2,9 milyon dollarlıq tozsoranlar, 2,5 milyon dollarlıq məlumatların işlənməsi qurğuları, 2,4 milyon dollarlıq elektron modullar, 2,2 milyon dollarlıq qulaqcıqlar və baş telefonları idxal edilib.

İdxal siyahısında 2 milyon dollarlıq keşyu fındığı, 1,4 milyon dollarlıq printer və surətçıxarma aparatları, eyni dəyərdə Piper növlü istiot, 1,3 milyon dollarlıq ayaqqabı, 1,1 milyon dollarlıq statik dəyişdiricilər, 1 milyon dollarlıq yaddaş qurğuları da yer alıb.

Həmçinin Vyetnamdan paltaryuyan maşınlar, dərman vasitələri, dondurulmuş naqqa balığı və digər məhsullar alınıb.

Deputat qeyd edib ki, Azərbaycanın Vyetnama ixracı idxalla müqayisədə xeyli aşağıdır. Belə ki, bu ilin ilk 9 ayında Vyetnama ixracımızın 90 faizindən çoxunu tütün təşkil edib. Bu məhsul üzrə ixracın dəyəri 1 milyon dollar olub. Digər ixrac məhsullarının həcmi isə nisbətən kiçik rəqəmlərlə ifadə olunur.

Vüqar Bayramovun fikrincə, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin iqtisadi əməkdaşlığın inkişafına və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına təkan verəcəyi gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!