Azərbaycanda bank sədri vəzifədən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bank sədri vəzifədən azad olundu

İqtisadiyyat

20 Noyabr 2026 14:55 377


“AccessBank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

“Yeni Sabah” Ölkə.az-a istinadla xəbər verir ki, bankın Müşahidə Şurasının sədr və üzvləri vəzifələrindən azad olunublar.

Oleq İvaniyçuk şuranın sədri, Corc Rubli sədr müavini, Andrea Haqmann və Dariuş Katsprşik şuranın üzvü vəzifələrindən azad olunublar.  İnternetdən sifariş

Dariuş Kasprşik vəzifəsindən “Bank Respublika” ASC-də Müşahidə Şurasının müstəqil üzvü olmaq üçün azad olunub. O, həmçinin “AccessBank” ASC-nin Audit Komitəsinin sədri vəzifəsindən azad olunub.

Antuan Hurpin isə Müşahidə Şurasına və Audit Komitəsinə müstəqil üzv təyin olunub. O, daha əvvəl “Bank Respublika” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü olub.

Hazırda “AccessBank”ın Müşahidə Şurasının müstəqil üzv vəzifəsində saxlanılan Fernando Molejon ilə birlikdə iki müstəqil üzvü var.

Bundan əlavə, Olqa Tomaş “AccessBank”ın Audit Komitəsinin üzvü vəzifəsindən azad olunub.

Xatırladaq ki, cari ilin sentyabrında “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100%-ni satın alması ilə bağlı strateji əqd təsdiqlənib.

Birləşmə xəbərindən sonra “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb.

Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.

“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!