Bu ərazilərdə yağış yağır

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə yağış yağır

Sosial

20 Sentyabr 2026 11:04 126


Sentyabrın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Pepperoni pizza

Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.

Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!